|
Əcnəbi
Tələbə Səhifəsi
Bütün mədəniyyətlərə mənsub olan tələbələri salamlayırıq!
Bu səhifədə olan bütün linklər tələbələrin Şouni Dövlət
Universiteti (ŞDU) haqqında məlumat almasını, daxil
olmaq üçün sənəd verməsini və ABŞ-a gəlib
universitetimizdə qalmasını asanlaşdırmaq üçündür. ŞDU-nun
və digər ABŞ təhsil müəssisələrinin istifadə etdikləri
terminlərin tərifləri ilə tanış olmaq üçün
Qlossariyə müraciət edə bilərsiniz.
ŞDU-da asılan bu 55 bayraq universitetimizdə təhsil alan
tələbələrin 55 ölkəni təmsil etməsinin rəmzidir. Bu
siyahı genişləndikcə bayraqların sayını artırmaq
ümidindəyik. Adı çəkilmiş 55 ölkənin siyahısına
burada nəzər sala bilərsiniz.
ŞDU-ya daxil olmaq arzulayanların nəzərinə
Növbəti addımları nəzərdə tutaraq aşağıdakı sənədləri
təqdim etməyiniz zəruri olacaq:
-
Daxil olmaq haqqı $65-dir.
Online qeydiyyatından artıq indi keçə bilərsiniz.
Qeydiyyatınız $65-lik haqqı aldığımızdan sonra qəbul
oluna bilər. Ödənişi çek, ödəniş tapşırığı və ya
nəğd (ABŞ dolları ilə) yolu ilə həyata keçirə
bilərsiniz. Çeki və ödəniş tapşırığını Şouni Dövlət
Universitetinə (Shawnee State University)
ünvanlamağınız xahiş olunur.
-
Bütün rəsmi orta məktəb qiymət cədvəlləri, habelə
orta təhsilindən sonrakı təhsil müəssisələrində
alınan qiymət cədvəli (ali təhsili başa vurduğunuz
halda və ya qüvvədə olan diplom). Qiymət cədvəlləri/diplomlar
tələbənin ana dilində olmalı, ingilis dilinə
sənədləşdirilmiş tərcümə ilə müşaiyət olunmalıdır.
Sizə mənsub olan bu bənddə göstərilmiş sənədlər
hansısa səbəblər üzündən universitetimizin
qiymətləndirə bilmədiyi halında qiymətləndirmə
xidmətinə göndəriləcək. Bu halda xidmət haqqı Sizin
hesabınıza ödəniləcək.
-
Ana dili ingilis dili olmayan tələbələr üçün
Test of English as a Foreign Language (TOEFL)-da
ən azı 500 balın (və ya
Michigan Test of English Language Proficiency (MTELP)-də
buna uyğun balın) olması tələb olunur. TOEFL
nəticənizi birbaşa olaraq ŞDU-ya göndərə bilər. Bu
halda Sizdən universitetimizin kodunu təqdim etmək
tələb olunacaq. Şouni Dövlət Universitetinin kodu
1790-dır.
-
Tələbənin bir illik həyatını ödəmək üçün kifayət
paranın olmasının sübutu. Təhsilinizi öz hesabınıza
maliyyələşdirmək fikrindəsinizsə, bir illiyə lazım
olan paranın olması haqqında bank arayışını təqdim
etməyiniz zəruridir. Təhsiliniz sponsor tərəfindən
maliyyələşdirilirsə, bu barədə sponsordan rəsmi
arayış tələb olunur. ŞDU-nun tələblərinə uyğun
olaraq, bank arayışında ən azı
$20,076
(on
doqquz min üç yüz iki) məbləği göstərilməlidir. Bank
arayışı tədris ilinin başlama tarixindən 6 ay
müddətindən tez verilməlidir, əks halda arayış qəbul
olunmayacaq. Bu məbləğ təhsil, yaşayış, yemək, dərs
vəsaitləri və s.
xərcləri əhatə edir.
Əcnəbi tələbələrdən ABŞ-da olduqları zamana universitet
sağlamlıq sığortasını və ya buna müvafiq olan digər
sığortanı rəsmiləşdirmək tələb olunur.
Sizi universitetimizin qəbul müsabiqəsinə buraxılmağınız
üçün göstərilən bütün sənədlər ən geci tədris ilinin
başlama tarixinə altı ay qalmış bizim tərəfdən qəbul
olunmalıdır. Qəbul olunmuş əcnəbi vətəndaşlara ŞDU
tərəfindən bu barədə məktub və I-20 forması göndəriləcək.
Nəzərinizdə saxlayın: I-20 Tələbə Qəbulu Ofisi
göstərilən bütün sənədləri almamış verilməyəcək.
Bu iki sənəd Sizin ABŞ-a tələbə vizasını almağınız üçün
zəruridir. Diqqət: Sizin vizanızın yerli ABŞ
Səfirliyindəki/ABŞ Konsulluğundakı prosesləşdirilməsi
kifayət qədər uzun vaxt tuta bilər. Sizə tövsiyə edirik
ki, ŞDU-ya qəbul olduğunuz haqda məktubu aldığınızdan
sonra
viza üçün sənədləri mümkün qədər tez bir zamanda təqdim
edəsiniz.


Viza prosesi və xüsusi olaraq Sizin ölkənizə aid olan
məlumatlar barədə köməyi ölkənizdəki ABŞ Səfirliyindən/ABŞ
Konsulluğundan/İctimai Məsələlər Ofisindən, ABŞ Dövlət
Departamentinin veb-səhifəsindən (http://educationusa.state.gov/centers.htm),
və ya
http://usembassy.state.gov/ saytından əldə edə
bilərsiniz.
Əlavə məlumat almaq üçün bizə müraciət edə bilərsiniz
Şouni Dövlət Universitetinə əcnəbi tələbələrin qəbuluna
və ya ümumiyyətlə Şouni Dövlət Universitetinə aid
sualınız varsa, aşağıda göstərilən şəxslərə və qurumlara
müraciət edə bilərsiniz:
Universitetimizin
Beynəlxalq Proqramlar və Fəaliyyətlər Mərkəzi
(CIPA). Tarix professoru
Dr. Con Lorentsin başçılıq etdiyi bu mərkəz əcnəbi
vətəndaşların ŞDU-ya qəbul olmasında fəal iştirak edir.
Dr. Lorents və CIPA həmçinin əcnəbi tələbələrin Şounidə
olduqları zaman ictimai və akademik müvəffəqiyyətlərinə
xidmət edən bir çox xidmət və proqramlarının
koordinasiyası ilə məşğuldur. CIPA Sizi və gələcəkdə
universitetimizə daxil olacaq bütün əcnəbi tələbələri
inandırmaq istəyir ki, təhsil aldığınız zaman hərənizə
maraqlarınıza, təhsil və karyera məqsədlərinizə uyğun
olaraq fərdi yanaşaraq əlindən gələn köməyi
əsirgəməyəcək.
Tələbə Qəbulu üzrə Ofisimizdəki Əcnəbi Tələbələr Qəbulu
üzrə koordinator,
Rik Mörb. Cənab Mörb Sizdən ŞDU-ya qəbul olmaq üçün
tələb olunan bütün sənədlərin qəbuluna cavabdehdir. Öz
növbəsində, qəbul olduğunuz halda o, tələbə vizası üçün
tələb olunan sənədləri tərtib edərək Sizə poçt yolu ilə
göndərəcək.
Arzuladığınız halda ŞDU-nun İdarəçilik və Beynəlxalq
münasibətlər professoru, CIPA-nın müdir müavini olan
Dr. Stilianos Haciyannislə (Skype-dakı istifadəçi
adı: Hadjiyannis) əlaqə saxlaya bilərsiniz. O,
həmçinin Əcnəbi Tələbə Klubunun fakültə məsləhətçisidir.
Onun telefon nömrəsi 740-351-3445-dir.
ŞSU Amerika Dövlət Kollecləri və Universitetləri
Assosiasiyasının
(AASCU) üzvüdur. |